Müəllimlərin işə qəbulu üzrə imtahanlar bu gün başa çatır

Müəllimlərin işə qəbulu üzrə imtahanlar bu gün başa çatır Bu gün Azərbaycan dili və ədəbiyyat müəllimi olmaq istəyən namizədlər imtahan verəcək.
Elm və təhsil
24 İyul , 2019 10:42
Müəllimlərin işə qəbulu üzrə imtahanlar bu gün başa çatır

Bu gün Azərbaycan dili və ədəbiyyat müəllimi olmaq istəyən namizədlər imtahan verəcək. 

Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, imtahanlarda 3279 namizədin iştirakı gözlənilir.

Xatırladaq ki, bu gün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinin sonuncu günüdür.

Bugünədək keçirilən imtahanlarda 39 mindən çox namizəd iştirak edib. İmtahanlar ərzində ən yüksək nəticə kimya fənni üzrə 60 bal olub.

Son xəbərlər

Orphus sistemi