Nazirlik: Modul tipli məktəblərin sayı artırılır
Elm və təhsil
- 18 oktyabr, 2019
- 10:32
Bu il 50 modul tipli məktəbin istifadəyə verilməsi nəzərdə tutulub.
Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, onlardan 20-si artıq quraşdırılıb, 30-nun isə tikinti-quraşdırılma işləri davam etdirilir.
2017-ci ildə 106, 2018-ci ildə isə 137 modul tipli məktəb istifadəyə verilib.
Modul tipli məktəblərin üstünlükləri azməsrəfli olması, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması və sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır.
Qeyd edək ki, ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 2017-ci ildən ucqar kəndlərdə az şagird kontingentli qəzalı məktəblərin yeni binalarla əvəz edilməsi çərçivəsində modul tipli məktəb təcrübəsinin tətbiqinə başlanılıb.
Son xəbərlər
08:48
İran təhlükəsizlik səbəbindən Xameneinin varisinin təyinatını təxirə salıb
Region08:32
Lənkəranın bəzi ərazilərində üç saat işıq olmayacaq
Energetika08:20
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
İnfrastruktur08:05
Tramp bildirib ki, İranda rəhbərliyin tamamilə dəyişməsini istəyir
Digər ölkələr07:47
Parkinson xəstəliyinin müalicəsi üçün ilk preparat təsdiqlənib
Sağlamlıq07:28
Video
ABŞ İranın aviadaşıyıcı gəmisinə zərbə endirib
Digər ölkələr06:53
HRANA: ABŞ və İsrailin İrana hücumlarında ölənlərin sayı 1 168-ə çatıb
Region06:27
"CBS News": ABŞ Küveytdəki səfirliyinin əməkdaşlarının təxliyəsinə başlayıb
Digər ölkələr05:43