Milli Məclisin gündəliyindəki məsələlərdən biri çıxarılıb

Milli Məclisin gündəliyindəki məsələlərdən biri çıxarılıb Bunu Oqtay Əsədov elan edib
Elm və təhsil
23 Fevral , 2016 12:29
Milli Məclisin gündəliyindəki məsələlərdən biri çıxarılıb

Bakı. 23 fevral. REPORT.AZ/ Milli Məclisin növbəti plenar iclası davam edir. “Report”un xəbərinə görə, parlamentin sədri Oqtay Əsədov “Elm haqqında” qanun layihəsinin (ikinci oxunuş) pelenar iclasın bugünkü gündəliyindən çıxarıldığını bildirib.

O.Əsədov buna səbəb kimi 2016-cı il üçün təsdiqlənmiş dövlət büdcəsinə dəyişikliklər zərfinin müzakirə ediləcəyini və müzakirələrin uzun çəkəcəyi ilə əsaslandırıb.

Hazırda iclas davam edir.