BANM-in müəllimi: “Məzunlarımız doğma universitetlərini daima xatirələrində yaşatsınlar”

BANM-in müəllimi: “Məzunlarımız doğma universitetlərini daima xatirələrində yaşatsınlar” "Ali Məktəbimiz günbəgün inkişaf edir və öz əhatəsini genişləndirir"
Elm və təhsil
5 Aprel , 2017 16:12
BANM-in müəllimi: “Məzunlarımız doğma universitetlərini daima xatirələrində yaşatsınlar”
BANM

Bakı. 5 aprel. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsi yeni bir layihəyə başlayır. Ali Məktəbdən “Report”a verilən məlumata görə, layihə “Mən BANM-in müəllimiyəm” adlanır. Beləliklə, sualları BANM-in Neft-qaz mühəndisliyi kafedrasının müəllimi Samin Məlik cavablandırır.

- Ənənəvi olaraq ilk sualımız: Siz niyə məhz müəllim peşəsini seçmisiniz?

- Tələbələrlə işləmək və öyrətmək istəyi, həmçinin sosial bir insan olmağım məni müəllimlik peşəsini seçməyə vadar etdi. Düşünürəm ki, bu peşə mənim üçün çox maraqlıdır və mən bu peşə ilə darıxmıram.

- Bir az özünüz haqqında danışın.

- Mən Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşam. Riyaziyyat ixtisası üzrə Bakı Dövlət Universitetinin və Mançester Universitetinin (Birləşmiş Krallıq) uyğun olaraq bakalavr və magistratura pillələrini bitirmişəm. Hazırda AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda dissertantam.

- Hər bir tələbənin öz sevimli müəllimi olur. Tələbəlik dövrünüzdəki sevimli müəlliminiz haqqında danışın.

- Bir neçə sevimli müəllimlərim olub. Mənə görə onların ortaq xüsusiyyətlərindən bəziləri; tələbələrlə səmimi münasibət qurmaları, dərsi maraqlı keçmələri, yüksək insani keyfiyyətləri olub.

- Tələbələrinizdən danışın. Onların gələcəyini necə görürsünüz?

- Tələbələrim arasında da vaxtlarını özlərini inkişaf üçün səmərəli istifadə edənləri üstünlük təşkil edir və onlarla ünsiyyət qurmaq mənim peşəmi daha da maraqlı edir. Çox vaxt tələbələrin dərsləri, dərsdən kənar fəaliyyətləri ilə maraqlanıram və yeni maraqlı məlumatlar öyrənirəm. Mən həmişə öz üzərində işləyən və özünü inkişaf etdirməyi bacaran insanların gələcəklərini çox parlaq görürəm.

- Bakı Ali Neft Məktəbini 10 il sonra necə təsəvvür edirsinz?

- Ali Məktəbimiz günbəgün inkişaf edir və öz əhatəsini genişləndirir. 10 ildən sonra daha geniş və indiki kimi peşəkar kollektiv, yeni açılmış prioritet ixtisaslarla və dövlətimiz üçün əsl kadr yetişdirən bir ali təhsil müəssisəsi kimi görürəm.

- Boş vaxtlarınızda nə ilə məşğul olursunuz?

- Boş vaxtlarımı əsasən ailəmlə və dostlarımla keçirirəm. Həvəskar olaraq yüngül idman növləri ilə məşğul oluram.

- Bakı Ali Neft Məktəbinin ilk məzunlarına nə arzu edərdiniz?

- Bakı Ali Neft Məktəbinin məzunları artıq yetişmiş hazır kadrlardır. Onlara gözəl karyera və şəxsi həyat arzu edirəm. Öz doğma universitetlərini daima xatirələrində yaşatsınlar.

Son xəbərlər

Orphus sistemi