Məleykə Abbaszadə abituriyentlərə məsləhət verdi: "Bu ali məktəbləri seçin"

Məleykə Abbaszadə abituriyentlərə məsləhət verdi: "Bu ali məktəbləri seçin" “III qrup üzrə 200-dən yuxarı bal toplayan 15 368 nəfərdisə və onlardan 3000-dən çoxu ümumi planda yer olmadığından kənarda qalır. Bu il III qrup üzrə 82 subbakalavr ərizə verib. Onların da qəbul olma faizi çox aşağıdır. Çünki onların iştirak balı 150-200
Elm və təhsil
17395
11 Sentyabr , 2020 12:24
Məleykə Abbaszadə abituriyentlərə məsləhət verdi: Bu ali məktəbləri seçin
Məleykə Abbaszadə

“III qrup üzrə 15 368 abituriyent 200-dən çox bal toplayıb. Amma ümumi planda yer olmadığından onlardan 3000-dən çoxu kənarda qalacaq. Bu il III qrup üzrə 82 subbakalavr ərizə verib. Onların da qəbul olma ehtimalı çox aşağıdır. Çünki həmin subbakalavrların iştirak balı 150-200 bal arasıdır”.

“Report” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, onlar birinci seçim zamanı regional ali məktəbləri, yaxud da özəl ali təhsil müəssisələrini seçməlidirlər: “Çünki keçən il orada keçid balları aşağı olub. Birinci yerləşdirmədən sonra inanmıram ki, II mərhələ üçün boş yerlər qalsın”.

M.Abbaszadə əlavə edib ki, bu il üçün III qrup üzrə plan yerlərində Azərbaycan dili və ədəbiyyat müəllimliyi üçün 30%, ibtidai sinif müəllimliyi üçün 10%, tarix müəllimliyi üçün isə 11% artım olub.

Orphus sistemi