Məktəbəhazırlıq qruplarına qəbul olan uşaqların sayı açıqlandı

Məktəbəhazırlıq qruplarına qəbul olan uşaqların sayı açıqlandı Dövlət ümumi təhsil müəssisələrində yaradılmış məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesi yekunlaşıb.
Elm və təhsil
25 Sentyabr , 2020 15:17
Məktəbəhazırlıq qruplarına qəbul olan uşaqların sayı açıqlandı

Dövlət ümumi təhsil müəssisələrində yaradılmış məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesi yekunlaşıb. 

Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, 2020-2021-ci tədris ilində ölkə üzrə ümumilikdə 6 577 məktəbəhazırlıq qrupuna 104 min uşaq cəlb olunacaq.

Məktəbəhazırlıq qruplarına qəbul mektebeqebul.edu.az elektron sistemi vasitəsilə həyata keçirilib.

Qeyd edək ki, məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir.

Son xəbərlər

Orphus sistemi