Magistraturanın boş qalan yerlərinə ixtisas seçimi başa çatıb

Elm və təhsil
  • 30 iyul, 2019
  • 20:00
Magistraturanın boş qalan yerlərinə ixtisas seçimi başa çatıb
Dövlət İmtahan Mərkəzi
Report

Azərbaycanın ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə ixtisas seçimi başa çatıb.

"Report" xəbər verir ki, boş qalan yerləri olan ixtisaslaşmaların siyahısı “Magistr” jurnalının 6-cı sayında dərc olunub. 

Hər bir bakalavr imtahan verdiyi proqrama aid və bitirdiyi bakalavr ixtisasına müvafiq olan 20-dək ixtisaslaşma kodu seçib.

Xatırladaq ki, boş yerlərə ixtisas seçimi iyulun 23-dən başlayıb. Bu il ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunan (o cümlədən qəbul olduğu təhsil müəssisəsində qeydiyyatdan keçməyən) bakalavrların boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək hüququ yoxdur.

44 filmi