Londonda “Bilik” Azərbaycan məktəbi açılır

Londonda “Bilik” Azərbaycan məktəbi açılır Böyük Britaniyanın paytaxtı Londonda “Bilik” Azərbaycan məktəbi fəaliyyətə başlayacaq.
Elm və təhsil
25 Sentyabr , 2019 20:42
Londonda “Bilik” Azərbaycan məktəbi açılır

Böyük Britaniyanın paytaxtı Londonda “Bilik” Azərbaycan məktəbi fəaliyyətə başlayacaq. 

“Report”un yerli bürosu xəbər verir ki, məktəbin açılışı oktyabrın 6-da baş tutacaq. 

Londonda fəaliyyət göstərən "Znaniye" əlavə təhsil məktəbləri ilə birgə yaradılan “Bilik” Azərbaycan məktəbində dərslər həftənin bazar günləri keçiriləcək. 

Məktəbdə Azərbaycan dili ilə yanaşı, ölkəmizin mədəniyyəti, tarixi, adət-ənənələri də tədris ediləcək.

Son xəbərlər

Orphus sistemi