Lerik Rayon Təhsil Şöbəsinin müdiri işdən çıxarılıb

Lerik Rayon Təhsil Şöbəsinin müdiri işdən çıxarılıb Balaşirin Nəsirov işdə yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edilib
Elm və təhsil
12 May , 2017 23:04
Lerik Rayon Təhsil Şöbəsinin müdiri işdən çıxarılıb

Lerik. 12 may. REPORT.AZ/ Lerik rayon Təhsil Şöbəsinin müdiri vəzifəsindən azad edilib.

"Report"un Cənub bürosunun məlumatına görə, şöbə müdiri Balaşirin Nəsirov işdə yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən çıxarılıb.

Məlumatda bildirilir ki, B.Nəsirovun adı korrupsiyada hallandığı üçün bir müddət əvvəl Təhsil Şöbəsinə yoxlama komissiyası gəlib.

Qeyd edək ki, B.Nəsirov işdən çıxarılaraq rayonun Mastaail kəndinə rus dili müəllimi təyin edilib.

Son xəbərlər

Orphus sistemi