İspaniya Avropa İttifaqı Milli Mədəniyyət İnstitutları (European Union National Institutes for Culture (EUNIC) Cluster) klasterinə daxil olub.
“Report” xəbər verir ki, bu gün Bakıda İspaniyanın bu klasterə daxil olması haqqında sənəd imzalanıb.
Sənədi Latviyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Via Buşa və İspaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Patrisiya Sançes imzalayıblar.
Via Buşanın sözlərinə görə, 2020-ci ildə yaradılmış bu klaster Aİ-nin mədəni mübadiləyə, həmçinin xarici ölkələrdə mədəniyyət və təhsil proqramlarına dəstəyinin nümunəsidir.
V.Buşa klasterə əvvəlcə Macarıstanın, daha sonra Çex Respublikasının, hazırda isə Latviyanın sədrlik etdiyini bildirib.
“Çox şadıq ki, bizim sədrlik dövrümüzdə İspaniya sıralarımıza qatıldı”, - Latviyanın Azərbaycandakı müvəqqəti işlər vəkili deyib.