İlin sonuna 102 məktəb binası istifadəyə veriləcək

İlin sonuna 102 məktəb binası istifadəyə veriləcək Bu ilin sonuna kimi Təhsil Nazirliyinin təmir-tikinti işlərini yekunlaşdırdığı 102 məktəb binası şagirdlərin istifadəsinə veriləcək.
Elm və təhsil
14 İyul , 2020 10:23
İlin sonuna 102 məktəb binası istifadəyə veriləcək

Bu ilin sonuna kimi Təhsil Nazirliyinin təmir-tikinti işlərini yekunlaşdırdığı 102 məktəb binası şagirdlərin istifadəsinə veriləcək.

Nazirlikdən “Report”a verilən məlumata görə, onlardan 29-u yeni tikilən, 13-ü əsaslı təmir olunan, 60-ı isə modul tipli məktəbdir.

Modul tipli məktəblərin Quba, Qusar, Xaçmaz, İsmayıllı, Ağsu, Şamaxı, Şəki, Tovuz, Gədəbəy, Bərdə, Neftçala, Cəlilabad, Lerik, Astara, Goranboy, Xızı, Samux, İmişli, Füzuli və Ağdamda quraşdırılması nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi