Bakı. 14 yanvar. REPORT.AZ/ Ümumi təhsilin hər hansı səviyyəsini vaхtından əvvəl bitirmək istəyən
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) "Report"a verilən xəbərə görə, eksternat imtahanları paytaxtdakı 220 nömrəli məktəb-liseydə təşkil olunub və yanvarın 15-də də davam edəcək.
Test və müsahibə mərhələsindən ibarət olan eksternat imtahanlarında suallar fənn proqramlarına uyğun şəkildə hazırlanıb.
Eksternat imtahanlarının nəticələri BŞTİ tərəfindən yaradılan komissiya tərəfindən 5 ballıq şkala ilə qiymətləndiriləcək.
Qeyd edək ki, ümumi təhsilin hər hansı səviyyəsini vaхtından əvvəl bitirmək istəyən şagirdlər üçün təşkil olunmuş eksternat imtahanları