Gürcüstanda təhsilə yararsız Azərbaycan dilli məktəbdə təmir işlərinə başlanılıb

Gürcüstanda təhsilə yararsız Azərbaycan dilli məktəbdə təmir işlərinə başlanılıb Gürcüstanın Qardabani rayonunun Muğanlı kəndində illərdir təhsilə yararsız vəziyyətdə olan Azərbaycan dilli məktəbdə təmir-bərpa işlərinə başlanılıb.
Elm və təhsil
26 İyul , 2019 12:52
Gürcüstanda təhsilə yararsız Azərbaycan dilli məktəbdə təmir işlərinə başlanılıb

Gürcüstanın Qardabani rayonunun Muğanlı kəndində illərdir təhsilə yararsız vəziyyətdə olan Azərbaycan dilli məktəbdə təmir-bərpa işlərinə başlanılıb.

Bu barədə “Report”un yerli bürosuna Qardabani rayonunun Sakrebulo sədrinin müavini Rəfi Orucov məlumat verib.

Onun sözlərinə görə, Muğanlı kənd məktəbinin təmir olunması rayonda səbirsizliklə gözlənilən layihə idi: “Məktəbin təmir-bərpa işlərinə dövlət büdcəsindən 305 min lari vəsait ayrılıb. Təmir işlərinin sentyabr ayının 10-na qədər başa çatdırılacağına zəmanət verilib”.

R.Orucov qeyd edib ki, təmir işləri zamanı təhsil ocağında mövcud ciddi çatışmazlıqlar və problemlər aradan qaldırılacaq.

Qeyd edək ki, Muğanlı kənd məktəbində 500-ə yaxın şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 60-a yaxın müəllim məşğul olur. Üçmərtəbəli təhsil müəssisəsi 40 ildən artıqdır istifadəyə verilsə də, bu günə qədər binada əsaslı təmir işləri aparılmayıb. 

Son xəbərlər

Orphus sistemi