Günəş partlayışları dəmir yolu qəzalarına səbəb ola bilər

Günəş partlayışları dəmir yolu qəzalarına səbəb ola bilər “Amerika Geofizika İttifaqı”nın alimləri müəyyən ediblər ki, kosmik fırtınalar qatar siqnallarını tərsinə çevirə bilir.
Elm və təhsil
3 Aprel , 2023 06:48
Günəş partlayışları dəmir yolu qəzalarına səbəb ola bilər

“Amerika Geofizika İttifaqı”nın alimləri müəyyən ediblər ki, kosmik fırtınalar qatar siqnallarını tərsinə çevirə bilir.

“Report” xəbər verir ki, bu barədə “Space Weather” araşdırmanın nəticələrinə istinadən məlumat yayıb.

Belə ki, 1982-ci ilin iyulunda İsveçdə qatar siqnalları yaşıl rəngdə olmalı halda qırmızıya çevrilib. Buna səbəb 150 milyon kilometr məsafədə - Günəşdə başlayan kosmik fırtına idi.

Məsələ burasındadır ki, ulduzların alışması Yerin maqnit sahəsini dəyişdirə və günəş maddəsinin üzərinə düşən zaman geomaqnit qasırğasına səbəb ola bilər.

Bu, Yerin səthində elektrik xətlərini, boru kəmərlərini, dəmir yollarını və s. zədələyən elektrik cərəyanları yarada bilər.

Onlar müəyyən ediblər ki, kifayət qədər güclü günəş partlayışları təxminən 30 ildə bir dəfə baş verir. Hər 100 ildən bir baş verməsi gözlənilən daha güclü tufanlar demək olar ki, bütün siqnalları poza bilər.

Son xəbərlər

Orphus sistemi