Güclü geomaqnit qasırğası başlayıb

Güclü geomaqnit qasırğası başlayıb Bakı. 27 fevral. REPORT.AZ/ Yer kürəsində güclü geomaqnit qasırğası başlayıb.
Elm və təhsil
27 Fevral , 2019 14:24
Güclü geomaqnit qasırğası başlayıb

Bakı. 27 fevral. REPORT.AZ/ Yer kürəsində güclü geomaqnit qasırğası başlayıb. 

“Report” xarici mətbuata istinadən xəbər verir ki, təbiət hadisəsi martın 2-dək davam edəcək.

Mütəxəssislər bu qasırğanın insan səhhətinə mənfi təsir edəcəyini və xroniki xəstəliklərdən əziyyət çəkənlərin diqqətli olmasını tövsiyə edirlər. Yerə yaxınlaşan Günəş küləyi yuxusuzluq, ağır baş ağrısı, ürək-damar sistemində pozulmalar və tez-tez əhval-ruhiyyənin düşməsinə səbəb ola bilər.

Eyni zamanda, peyk rabitəsi və naviqasiya sistemlərində müəyyən texniki nasazlıqlar qeydə alına bilər. 

Son xəbərlər

Orphus sistemi