Göyçaylı gənclər "Şəhidimiz" adlı aksiya keçirdilər

Göyçaylı gənclər "Şəhidimiz" adlı aksiya keçirdilər Göyçayda gənc könüllülər "Şəhidimiz" adlı maraqlı aksiya keçiriblər.
Elm və təhsil
26 Avqust , 2020 02:30
Göyçaylı gənclər Şəhidimiz adlı aksiya keçirdilər

Göyçayda gənc könüllülər "Şəhidimiz" adlı maraqlı aksiya keçiriblər.

”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göyçay nümayəndəliyinin Gənc Könüllüləri Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin məzarlarını ziyarət ediblər.

Aksiya çərçivəsində gənclər şəhid məzarlarının ətrafını təmizləyərək, ərazini səliqəyə salıblar. Onlar məzarların üzərinə və soyqırım abidəsinin önünə gül qoyublar.

Aksiyanın keçirilməsində əsas məqsəd gənclərin milli qürur mənbəyimiz olan vətənin qəhrəman şəhid övladlarına münasibətdə biganə olmadıqlarını nümayiş etdirmək və öz mənəvi borclarını az da olsa yerinə yetirməkdir.

Bu kimi aksiyaların gənc könüllülər tərəfindən rayonda mütəmadi olaraq  keçrilməsi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi