Bakı. 5 noyabr. REPORT.AZ/ Bu gün Gənclər üçün Təhsil Mərkəzi və Azərbaycan Turizm və Menecment Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.
Bu barədə "Report"a mərkəzin mətbuat xidmətindən məlumat verilib. Anlaşmanın məqsədi Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı istiqamətində elm, tədris və təcrübənin uzlaşdırılmasını təmin etməkdir.
Memoranduma uyğun olaraq hər iki qurum Azərbaycanda vətəndaş cəmiyyəti institutları üçün təlim proqramlarının hazırlanması, qeyri-kommersiya qurumları üçün kadr potensialının formalaşdırılmas