Gənclər üçün Təhsil Mərkəzi "QHT Məktəbi"nə qəbul elan edib
- 06 noyabr, 2015
- 08:52
Bakı. 6 noyabr. REPORT.AZ/ Gənclər üçün Təhsil Mərkəzi və Azərbaycan Turizm və Menecment Universiteti arasında əməkdaşlıq çərçivəsində “QHT Məktəbi” növbəti qış proqramına qəbul elan edib.
Bu barədə "Report"a mərkəzdən məlumat verilib.
Bu günədək 1365-ə yaxın məzunu olan məktəbdə iştirakçılara əsasən QHT fəlsəfəsi, QHT-lərin yaradılması, idarə edilməsi və strukturunun inkişafı, üzvlərin cəlb olunması yolları, QHT-lərdə ictimaiyyətlə əlaqələrin qurulması (PR), beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, layihə təkliflərinin hazırlanması, maliyyə axtarışı, layihələrin proqram və maliyyə idarəetməsi, monitorinq və qiymətləndirmə, QHT-lərdə kargüzarlıq işinin təşkili və s. mövzular tədris olunur.
Nəzəri və praktiki hissələrdən ibarət olan qış təlimləri 2 ay davam edəcək.
İştirakçıların əldə etdikləri biliklər xüsusi qaydalara uyğun qiymətləndirildikdən sonra təlim proqramını başa vuran iştirakçılara Azərbaycan Turizm və Menecment Universiteti və Gənclər üçün Təhsil Mərkəzinin diplomları təqdim ediləcək.