Gəncə şəhərinin 16 nömrəli məktəbi şagirdin ölümü ilə bağlı məlumat yayıb

Gəncə şəhərinin 16 nömrəli məktəbi şagirdin ölümü ilə bağlı məlumat yayıb Gəncə şəhərinin M.Ş.Vazeh adına 16 nömrəli tam orta məktəbi 1-ci sinif şagirdi Xədicə Hətəmlinin ölümü ilə bağlı məlumat yayıb.
Elm və təhsil
26 Noyabr , 2019 16:19
Gəncə şəhərinin 16 nömrəli məktəbi şagirdin ölümü ilə bağlı məlumat yayıb

Gəncə şəhərinin M.Ş.Vazeh adına 16 nömrəli tam orta məktəbi 1-ci sinif şagirdi Xədicə Hətəmlinin ölümü ilə bağlı məlumat yayıb. 

Məktəbdən "Report"a bildirilib ki, bu gün 12:30 radələrində şagirdin halı pisləşib və qıcolma keçirib. 

"Hadisə zamanı şagirdin nənəsi, müəllimi və məktəbin tibb bacısı yanında olub. Məlumat üçün bildiririk ki, şagird epilepsiya xəstəliyi olduğu üçün nənəsi hər zaman şagirdlə dərsə gəlir, onu gözləyir, tənəffüs müddətində onu yedizdirirmiş. Şagird xəstəxanaya çatdırılanadək yolda dünyasını dəyişib. Gəncə şəhər M.Ş.Vazeh adına 16 nömrəli məktəb kollektivi adından şagirdin ailəsinə başsağlığı verir, Allahdan səbir diləyirik", - deyə məlumatda bildirilib.

Son xəbərlər

Orphus sistemi