Füzulidə 1,8 milyon yaşı olan fil sümüyü tapılıb - FOTO

Elm və təhsil
  • 13 oktyabr, 2016
  • 10:14
Füzulidə 1,8 milyon yaşı olan fil sümüyü tapılıb - FOTO

Bakı. 13 oktyabr. REPORT.AZ/ Füzulidə 1,8 milyon il yaşı olan fillər fəsiləsinə aid heyvanın sümüyü tapılıb.

"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, sümük rayonun Mahmudlu kəndində tapılıb.

Rayonun Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Elçin Əsədovun "Report"a verdiyi məlumata görə, fillər fəsiləsinə aid heyvanın sümüyünün uzunluğu 135 sm, çəkisi 50 kq-dır: "Aparılan araşdırma zamanı məlum olub ki, ərazidən tapılan sümüyün yaşı 1.8 milyon əvvəl yaşayan heyvana məxsusdur".

44 - Tezliklə