Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatları məlum olub

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatları məlum olub 2024-cü il Fiziologiya və tibb üzrə Nobel mükafatı amerikalı alimlər Viktor Ambros və Qeri Ravkana verilib. Mükafat mikroRNT sahəsində araşdırmalara görə verilib.
Elm və təhsil
7 Oktyabr , 2024 14:13
Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatları məlum olub

2024-cü il Fiziologiya və tibb üzrə Nobel mükafatı amerikalı alimlər Viktor Ambros və Qeri Ravkana verilib. Mükafat mikroRNT sahəsində araşdırmalara görə verilib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Nobel Komitəsi məlumat yayıb.

Məlumata görə, alimlər genlərin tənzimlənməsində mühüm rol oynayan kiçik RNT molekullarının yeni sinfi olan mikroRNT-ləri kəşf ediblər.

"Onların kəşfi çoxhüceyrəli orqanizmlər, o cümlədən insanlar üçün çox vacib olan gen tənzimlənməsinin tamamilə yeni prinsipini ortaya çıxarıb", - məlumatda bildirilib.

Son xəbərlər

Orphus sistemi