Fizika üzrə Nobel mükafatçılarının adları açıqlanıb

Elm və təhsil
  • 04 oktyabr, 2016
  • 10:14
Fizika üzrə Nobel mükafatçılarının adları açıqlanıb

Bakı. 4 oktyabr. REPORT.AZ/ İsveç Kral Akademiyası yanında Fizika üzrə Nobel Komitəsi 2016-ci il üzrə mükafatçıların adlarını açıqlayıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu sahə üzrə mükafata Dankan Xoldeyn, Maykl Kosterlits və Devid Taule layiq görülüb.

Məlumata görə, bu il mükafatçılara 8 milyon İsveç kronu (931 min dollar) veriləcək. 

Mükafatların təqdimat mərasimi dekabrın 10-da İsveçin paytaxtı Stokholm şəhərində keçiriləcək.