Fərid Əhmədov: Ədliyyə Nazirliyi universitetlərə lazımi dəstəyi verməyə hazırdır

Fərid Əhmədov: Ədliyyə Nazirliyi universitetlərə lazımi dəstəyi verməyə hazırdır Azərbaycanda dərin elmi tədqiqatlara çox böyük ehtiyac var.
Elm və təhsil
16 Dekabr , 2024 16:52
Fərid Əhmədov: Ədliyyə Nazirliyi universitetlərə lazımi dəstəyi verməyə hazırdır
Fərid Əhmədov

Ədliyyə Nazirliyi universitetlərə lazımi dəstəyi verməyə hazırdır

“Report”un məlumatına görə, bu fikirləri ədliyyə naziri Fərid Əhmədov ADA Universitetində LL.M proqramının açılışında deyib.

Nazir qeyd edib ki, Azərbaycanda dərin elmi tədqiqatlara çox böyük ehtiyac var. O, Azərbaycanda hüquq peşəsinin artıq bir məslək kimi kifayət qədər inkişaf etdiyini vurğulayıb.

“Elm olaraq hüquq sahəsinin inkişafı üçün atılacaq addımlar var ki, onlardan biri də, bəlkə də, əsası da elə bu proqramdır”.

Fərid Əhmədov Azərbaycanda hüquq sistemində milli kimliyin formalaşmağa başladığını əlavə edib:

“Sözsüz ki, burada norma yaratma subyektlərinin, bilavasitə məhkəmələrin rolu danılmazdır. Eləcə də bu istiqamətdə alimlərimizin xidmətlərini unutmamalıyıq”.

Ədliyyə naziri çıxışının yekununda nazirlik adından bütün universitetlərə, o cümlədən onların hüquq fakültələrinə lazımi dəstəyi verə biləcəklərini ifadə edib.

Son xəbərlər

Orphus sistemi