Bakı. 7 fevral. REPORT.AZ/ Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin sədri Kamran İmanovun sədrliyi ilə agentlikdə geniş tərkibli iclas keçirilib.
Bu barədə "Report"a agentlikdən məlumat verilib.
Toplantıda ləğv edilən
Komissiyanın məlumatında bildirilib ki, 2018-ci il avqustun 1-dək Patent və Əmtəə Nişanları Mərkəzinə ixtiralar üzrə 532, faydalı modellər üzrə 96, sənaye nümunələri üzrə 120, əmtəə nişanları üzrə 5398, coğrafi göstəricilər üzrə isə 32 idda iddia sənədi daxil olub. İddia sənədlərinin icra vəziyyətinin təhlili zamanı sənaye mülkiyyətinin ayrı-ayrı növlərinin qeydiyyata alınması ilə bağlı daxil olan iddia sənədlərinin bir hissəsinin icrasının vaxtında başa çatdırılmadığı, o cümlədən iddia sənədlərinin dərcində ləngimələrə yol verildiyi müəyyən edilib. Komissiyanın rəyinə görə, yol verilən nöqsanların səbəbləri icraya zəif nəzarət və iş bölgüsünün düzgün aparılmamasıdır.
İclasda qeyd edilən müddətdə iddia sənədlərinin ekspertizasına dair məlumatların “Sənaye mülkiyyəti” bülletenində dərci sahəsində görülən işlər, o cümlədən sənədlərin icrası prosesindəki ləngimələrin səbəbləri müzakirə edilib.
Toplantının sonunda agentliyin İdarə Heyətinin sədri icraya nəzarətin gücləndirilməsi, vətəndaşlara xidmət keyfiyyətinin artırılması, işlərin sürətləndirilməsi üzrə konkret tapşırıqlar verib, araşdırmalar tam başa çatdıqdan sonra nəticələrdən asılı olaraq əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyətinin tətbiq olunacağını xüsusi vurğulayıb.