Emin Əmrullayev: "Tabeliyimizdəki 1654 bağçada 116 min uşaq üçün yer var"

Emin Əmrullayev: "Tabeliyimizdəki 1654 bağçada 116 min uşaq üçün yer var" "Bizim tabeliyimizdə 1654 bağça var. Həmin bağçalarda 116 min uşaq üçün yer var".
Elm və təhsil
25 Noyabr , 2022 15:20
Emin Əmrullayev: Tabeliyimizdəki 1654 bağçada 116 min uşaq üçün yer var

“Bizim tabeliyimizdə 1 654 bağça var. Həmin bağçalarda 116 min uşaq üçün yer var”.

“Report” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media nümayəndələri üçün keçirdiyi brifinqdə deyib.

O qeyd edib ki, hazırda 99 min uşaq qeydiyyatdan keçib: “Müəyyən mənada bağçalarda boş yerlərimiz var, problem daha çox valideynin arzu etdiyi bağçadakı boş yerlərlə bağlı yaranır. Bağçalar sovet vaxtlarında tikildiyindən ətraf ərazilərdə çoxlu evlər inşa olunub. Hazırda həmin bağçanın qrup sayı əhalinin say artımına uyğun gəlməyə bilər. Bakıdakı bağçalarda belə bir neçə minlik yer var”.

Son xəbərlər

Orphus sistemi