Əlyazmalar Fondu XII əsrə aid əlyazma əldə edib

Elm və təhsil
  • 07 may, 2018
  • 07:07
Əlyazmalar Fondu XII əsrə aid əlyazma əldə edib
AMEA
Report

Bakı. 7 may. REPORT.AZ/ Əlyazmalar Fondu yeni əlyazma və qədim çap kitabları əldə edib.

Bu barədə "Report"a AMEA-dan məlumat verilib.

Bildirilib ki, AMEA-nın Naxçıvan Bölməsinin Əlyazmalar Fondu Naxçıvan Muxtar Respublikasında əlyazmaların toplanması ilə bağlı ekspedisiyalarını cari ildə də davam etdirib.

Fondun əməkdaşları Ordubad rayonunda ezamiyyətdə olub, müxtəlif tarixi qaynaqları əhatə edən yeni əlyazma və qədim çap kitabları toplayıblar. Müəssisənin balansına daxil edilən 4 əlyazma və 6 qədim çap kitablarının üzərində ilkin tədqiqat işləri aparılıb.

Toplanılan materiallar arasında Sədi Şirazinin (XIII əsr) əxlaqi-didaktik mövzuda fars dilində “Gülüstan”, azərbaycanca nəstəliq xətti ilə “Rüstəmnamə”, fars dilində nəstəliq xətt ilə “Məntiq”, Abbas ibn-Qulu ibn-Mehdi xan tərəfindən farsca qələmə alınan “Gülşəni-əttar”, Bəhaəddin Məhəmməd ibn-Sərməndinin fars dilində yazdığı “Tənbihətul-qafilin” adlı əlyazma və qədim çap kitabları var.