Təhsil naziri: "Əksər müəllimlər üçün əmək haqqı artımı 30-40 faiz civarındadır"

Təhsil naziri: "Əksər müəllimlər üçün əmək haqqı artımı 30-40 faiz civarındadır" "Hətta bu məqsədlə işçi qrupu formalaşıb və onlar yerlərdə görüşlər keçirir"
Elm və təhsil
2 Aprel , 2015 12:08
Təhsil naziri: Əksər müəllimlər üçün əmək haqqı artımı 30-40 faiz civarındadır

Bakı. 2 aprel. REPORT.AZ/ "Bakı məktəblərinin müəllimləri mart ayında artımla nəzərdə tutulan əmək haqlarını alıblar". "Report" xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, artım faizi və nisbəti hər müəllim üçün fərdi qaydada tətbiq olunur: "Bu, onların iş stajından və dərs yükündən asılıdır. Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi də açıqlama verib. Hazırda müvafiq məktəblərdə həm müəllimlərə, həm məktəb idarəedənlərə - direktorlara məsələ ilə bağlı əlavə məlumatlar verilib. Hətta bu məqsədlə işçi qrupu formalaşıb və onlar yerlərdə görüşlər keçirir".

Nazir onu da qeyd edib ki, konkret rəqəmə gəldikdə hər bir müəllim üçün bu rəqəm fərqlidir: "Lakin əksər müəllimlər üçün əmək haqqı artımı 30-40 faiz civarındadır. Nəzərdə tutulan artımdan artıq və az alan müəllim də ola bilər. Bu da iki səbəblə əlaqəlidir. Birincisi, müəllimlərin iş stajı, dərs yükü, ikincisi, Azərbaycanın gəlir vergisi sistemidir. Çünki artırılmış maaşdan əlavə olaraq, hər bir vətəndaş kimi müəllimlərə də fərqli gəlir vergi dərəcəsi tətbiq oluna bilər. Ona görə də burada belə yanaşma olmamalıdır ki, hər bir müəllimə eyni şəkildə artım tətbiq olunub. Eyni staj və dərs yükü ilə çalışan müəllimlərdə təbii ki, artımlar da eyni olacaq. Ümumi artıma gəlincə bu prezidentin müvafiq sərəncamı ilə müəyyən edilib. Dərs yükü norması 1,5 dəfə, əmək haqqları isə orta hesabla iki dəfə artırılıb".

Qeyd edək ki, müəllimlərin vəzifə maaşları pedaqoji stajdan asılı olaraq ali təhsilli müəllim üçün 320 manatdan 410 manatadək, orta ixtisas təhsilli müəllim üçün 290 manatdan 350 manatadək müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi