Dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısında Azərbaycan ali məktəbləri yer almayıb

Elm və təhsil
  • 02 oktyabr, 2014
  • 06:35
Dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısında Azərbaycan ali məktəbləri yer almayıb

Bakı. 2 oktyabr. REPORT.AZ/ Times Higher Education (THE) jurnalı dünyanın 400 ən yaxşı universitetinin 2014-2015-ci illər üçün reytinq cədvəlini açıqlayıb. "Report" xəbər verir ki, Azərbaycan universitetlərindən heç biri dünyanın 400 ən yaxşı universitetlər siyahısına daxil olmayıb.

İlk onluğa ABŞ və Böyük Britaniya ali məktəbləri daxil olub. Reytinqə əsasən, ən yaxşı ali məktəb adını 94,3 bal toplayan Kaliforniya Texnologiya Universiteti qazanıb. İkinci yerdə 93,3 balla Harvard Universiteti qərarlaşıb. Liderlər üçlüyünü 93,2 bal toplayan Oksford Universiteti tamamlayıb. Dördüncü və beşinci yerləri müvafiq olaraq Stenford (92,9 ball) və Kembric (92 ball) universitetləri tutublar. 

Onluğun ikinci beşliyində müvafiq olaraq Massaçusets Texnologiya Universiteti, Priston Universiteti, Berklidə Kaliforniya Universiteti, London İmperiya Kolleci və Yelsk Universiteti qərarlaşıblar. 

Ən yaxşı universitetlər siyahısında Türkiyənin bir neçə ali məktəbi də yer alıb. Belə ki, siyahıda Yaxın Şərq Texniki universiteti (85-ci yer), Boğaziçi Universiteti (139), İstanbul Texniki Universiteti (165) olub.

Rusiyanın Lomonosov adına Moskva Dövlət Universiteti reytinqin 196-cı sırasında qərarlaşıb.

Son xəbərlər

Bütün Xəbər Lenti