Nazirlik: Azərbaycanda dövlət qulluqçularının maaşı özəl sektorda çalışanların məvacibi səviyyəsinə çatdırılacaq

Nazirlik: Azərbaycanda dövlət qulluqçularının maaşı özəl sektorda çalışanların məvacibi səviyyəsinə çatdırılacaq Bakı. 25 yanvar. REPORT.AZ/ Dövlət qulluqçularının əməyinin ödənilməsi sistemi haqqında yeni qanun layihəsi hazırlanıb və müvafiq dövlət orqanlarına təqdim olunub.
Elm və təhsil
25 Yanvar , 2019 11:24
Nazirlik: Azərbaycanda dövlət qulluqçularının maaşı özəl sektorda çalışanların məvacibi səviyyəsinə çatdırılacaq
Report/ Elchin Murad
0 : 00
0 : 00

Bakı. 25 yanvar. REPORT.AZ/ "Dövlət qulluqçularının əməyinin ödənilməsi sistemi haqqında" yeni qanun layihəsi hazırlanıb və müvafiq dövlət orqanlarına təqdim olunub".

"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiə nazirinin müavini Mətin Kərimli "Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək layihəsi"nin bağlanış mərasimində deyib.

Nazir müavini qeyd edib ki, gələcəkdə büdcədən maliyyələşən digər təşkilatlarda da əməyin ödənişi sistemi barədə qanun layihələrinin hazırlanması nəzərdə tutulur.

Onun sözlərinə görə, hazırda qüvvədə olan dövlət qulluğu haqqında qanunvericilik bazasının təkmilləşdirilməsinə ehtiyac yaranıb və buna uyğun olaraq yeni yanaşma müəyyən edilib.

Yeni yanaşmalar barədə məlumat verən M.Kərimlinin sözlərinə görə, dövlət qulluğu sahəsində maaşlar özəl sektorla müqayisə oluna biləcək səviyyədə müəyyən ediləcək: "İkincisi, sosial ədalət prinsipi əsasında bərabər əməyə görə bərabər haqq veriləcək. Üçüncüsü, dövlət qulluqçularının əməyinin ödənişi sistemində mövcud olan ödəniş səviyyələrinin sayının optimallaşdırılmasıdır. Bu say 400-ə yaxındır və bunun optimallaşdırması nəzərdə tutulur. Dördüncüsü, dövlət qulluqçularının eyni təsnifat çərçivəsində vəzifə yüksəlişində maddi motivasiyanın artırılmasıdır. Beşincisi, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinin, onların məvacib artımında nəzərə alınmasıdır".

O əlavə edib ki, dövlət qulluqçusunun vəzifə maaşı dövlət qulluqçularının vəzifələrinin təsnifatına əsaslanan əməyin ödəniş səviyyəsi, yəni şaquli istiqamət və dövlət qulluqçularının fəaliyyətini qiymətləndirilməsinə əsaslanan ödəniş pilləsi üfiqi istiqamət üzrə müəyyən ediləcək: "Həmçinin vəzifə maaşları rəqabət qabiliyyətli prinsip əsasında artırılacaq, aylıq vəzifə maaşları sistemi qanunla müəyyən ediləcək".

Son xəbərlər

Orphus sistemi