DİN-in Polis Akademiyasına qəbul elan edilib

DİN-in Polis Akademiyasına qəbul elan edilib Daxili İşlər Nazirliyi xüsusi təyinatlı təhsil müəssisəsi olan Polis Akademiyasına “hüquqşünaslıq” ixtisası üzrə əyani təhsil üzrə 200 kursantın qəbulu üçün müsabiqə elan edib.
Elm və təhsil
1295
25 Yanvar , 2022 13:34
DİN-in Polis Akademiyasına qəbul elan edilib

Daxili İşlər Nazirliyi xüsusi təyinatlı təhsil müəssisəsi olan Polis Akademiyasına “hüquqşünaslıq” ixtisası üzrə əyani təhsil üzrə 200 kursantın qəbulu üçün müsabiqə elan edib.

DİN-dən "Report"a verilən məlumata görə, müsabiqədə - Azərbaycan dilini sərbəst bilən, boyu azı 165 sm, çağırışçı kimi həqiqi hərbi xidmətə yararlı olan, buraxılış siniflərində oxuyan və ya tam orta təhsilli, 16 yaşdan 18 yaşadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilər.

İkili vətəndaşlığı, 2022-ci ilin yanvar, aprel və iyul tarixli çağırışlarında həqiqi hərbi xidmətə getməli olan çağırışçılar, cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş, eləcə də “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamə ilə müəyyən olunmuş digər şərtlərə uyğun gəlməyən vətəndaşlar müsabiqəyə buraxılmır.

Sənədlərin qəbulu 2022-ci il yanvar ayının 24-dən mart ayının 5-dək bazar günləri istisna olmaqla hər gün saat 10:00-dan 17:00-dək namizədin təhsil aldığı təhsil müəssisəsinin yerləşdiyi inzibati ərazi üzrə polis idarə və ya şöbələrində həyata keçiriləcək.

Son xəbərlər

Orphus sistemi