DİM sədri: “Yoluxucu xəstəliyi olanlar üçün xüsusi şərait yaratmaq qeyri-mümkündür”

DİM sədri: “Yoluxucu xəstəliyi olanlar üçün xüsusi şərait yaratmaq qeyri-mümkündür” “Yüksək hərarəti olan şəxsləriimtahana buraxmamaqla onu və ətrafındakıların sağlamlığını qorumuş oluruq. Yoluxucu xəstəlikləri olmadığı aşkar edilən şəxslərin bir qismi sonradan dəvət olunaraq imtahanda iştirak etdilər”.
Elm və təhsil
17 İyul , 2020 14:46
DİM sədri: “Yoluxucu xəstəliyi olanlar üçün xüsusi şərait yaratmaq qeyri-mümkündür”

“Yüksək hərarəti olan şəxsləri imtahana buraxmamaqla onu və ətrafındakıların sağlamlığını qorumuş oluruq. Yoluxucu xəstəlikləri olmadığı aşkar edilən şəxslərin bir qismi sonradan dəvət olunaraq imtahanda iştirak etdilər”.

“Report” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə növbəti buraxılış (qəbul) imtahanlarının keçirilməsi bağlı danışarkən deyib.

DİM sədri qeyd edib ki, kimin hansı statusda bu imtahanlarda iştirak etməməsi araşdırılır: “Çalışırıq ki, həkimlərin razılığı olan şəxslər də imtahanda iştirak edə bilsinlər. İl boyu bunu təkrar edə bilmərik. Ona görə də bir dəfə keçirilən imtahanlarda yoluxucu xəstəliyi olanlar imtahanlara buraxılmayıb. Bu keçən il də belə olmuşdu. Hərdən həmin şəxslər üçün xüsusi şərait yaradılması ilə bağlı fikirlər oxuyuram. Belə insanları yenidən imtahana cəlb etmək və onlar üçün xüsusi şərait yaratmaq qeyri-mümkündür. Bu, bütün dünyada belədir. Təbii ki, biz hər kəsin sağlam şəkildə imtahana gəlməsini istəyirik. Ona görə də sanitar gigiyenik qaydalara əməl edilməsini istəyirik”.

Son xəbərlər

Orphus sistemi