Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğuna qəbul üzrə imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlərin nəticələri haqqında növbəti statistik məlumatları açıqlayıb.
Mərkəzdən "Report"a bildirilib ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1417 namizəddən 1312 nəfər keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (indiki Dövlət İmtahan Mərkəzinin) keçirdiyi qəbul imtahanlarının nəticələrinə əsasən ali təhsil müəssisələrinə qəbul olub. Bu şəxslərdən 602 nəfər imtahandan uğurla keçib (45.9%).
Aşağıdakı cədvəldə bu şəxslərin TQDK-nın (DİM-in) keçirdiyi qəbul imtahanlarında topladıqları bal intervalları, bal intervallarına görə dövlət qulluğuna qəbul üzrə test imtahanından qeydiyyatdan keçənlərin və imtahanlarda uğur qazananların sayı, faiz göstəriciləri verilib. 0-100, 101-200, 201-300, 301-400, 401-500, 501‑600, 601-700 intervalında bal toplayanların müvafiq olaraq 16.7%-i, 18.2%-i, 32.8%-i, 43.5%-i, 50.0%-i, 59.4%-i, 81.3%-i test imtahanından uğurla keçib. Verilənlərə əsasən, əvvəlki imtahanlarda olduğu kimi bu imtahanda da uğur qazananların faiz göstəricilərinin bal intervallarına mütənasib olaraq artımı müşahidə olunur.
2020-ci il sentyabrın 10-da keçirilmiş imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş və TQDK-nın (DİM-in) əmri ilə ali təhsil müəssisələrinə qəbul olmuş şəxslərin nəticələri haqqında növbəti statistik məlumatları təqdim edirik:
Bal intervalı |
Qeydiyyatdan keçib |
Test imtahanından uğurla keçib |
Faizlə (%) |
0-100 |
6 |
1 |
16.7 |
101-200 |
66 |
12 |
18.2 |
201-300 |
308 |
101 |
32.8 |
301-400 |
359 |
156 |
43.5 |
401-500 |
274 |
137 |
50.0 |
501-600 |
219 |
130 |
59.4 |
601-700 |
80 |
65 |
81.3 |
Yekun: |
1312 |
602 |
45.9 |
Qeyd etmək lazımdır ki, müxtəlif illərdə ali təhsil müəssisələrinə qəbul zamanı müsabiqə şərtləri fərqli olmuşdur. Daha aşağı nəticə göstərərək ali təhsil müəssisələrinə qəbul olan şəxslər əsasən qabiliyyət tələb edən ixtisasların müsabiqəsində iştirak edənlərdir.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1417 namizəddən 105 nəfər ali təhsil müəssisələrinə TQDK-nın (DİM-in) xətti ilə qəbul olmamışdır. Onlardan yalnız 24 nəfər (1.7%) imtahanda uğur qazanmışdır. Müvəffəqiyyət əldə edənlərdən 13 nəfər xaricdə yerləşən təhsil müəssisələrini, 11 nəfər isə ölkənin ali təhsil müəssisələrini bitirib.