DİM sədri: "Repetitorluqdan başqa məqsədlər üçün istifadə olunur"

DİM sədri: "Repetitorluqdan başqa məqsədlər üçün istifadə olunur" Bu gün Azərbaycanda repetitorluqdan başqa məqsədlər üçün istifadə olunur.
Elm və təhsil
18 Dekabr , 2019 14:39
DİM sədri: Repetitorluqdan başqa məqsədlər üçün istifadə olunur
Məleykə Abbaszadə / Report / Elchin Murad

"Bu gün Azərbaycanda repetitorluqdan başqa məqsədlər üçün istifadə olunur".

"Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, elə valideynlər var ki, onlar övladlarının əlavə dil biliklərinə yiyələnməsini istəyir: "Bu səbəbdən də repetitorlara müraciət edirlər. Məsələn, şagird məktəbdə yalnız ingilis dilində təhsil alır. Lakin o, əlavə fransız dilini də öyrənmək istəyir və repetitorlara müraciət edir. Belə hallar olduqca repetitorlar da olacaq".

DİM sədri qeyd edib ki, repetitorların məktəbi əvəz etməsi düzgün deyil: "Əgər belə proseslər gedirsə, onun qarşısını almaq və dərslərin keyfiyyətini qaldırmaq lazımdır. Hər hansı qanunla repetitorların fəaliyyətinin qarşısını almaq da mümkün deyil".

Son xəbərlər

Orphus sistemi