DİM sədri: "Azərbaycanın bəzi bölgələrindəki məktəblərin yuxarı siniflərində oğlanlar yoxdur"

DİM sədri: "Azərbaycanın bəzi bölgələrindəki məktəblərin yuxarı siniflərində oğlanlar yoxdur" "Regionlarda 9-cu sinifi bitirən qızların imtahanda iştirakı oğlanlardan azdır. Qızlar daha çox 9-cu sinifdən sonra məktəbi tərk edirlər"
Elm və təhsil
837
20 Dekabr , 2018 11:34
DİM sədri: Azərbaycanın bəzi bölgələrindəki məktəblərin yuxarı siniflərində oğlanlar yoxdur
Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə / Report
0 : 00
0 : 00

Bakı. 20 dekabr. REPORT.AZ/ "Regionlarda 9-cu sinifi bitirən qızların imtahanda iştirakı oğlanlardan azdır. Qızlar daha çox 9-cu sinifdən sonra məktəbi tərk edirlər".

"Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə "Azərbaycanda İnsan Kapitalı üzrə Forum"da deyib. 

O bildirib ki, əvvəllər orta məktəbdə təhsilini yarımçıq saxlayanlar arasında imtahanda yaxşı nəticə göstərən qızlar da olurdu, amma son illər 9-cu sinifdən sonra məktəbdən çıxan qızlar əsasən buraxılış imtahanlarında aşağı nəticə qazananlardır: "Burda valideynlərin yanaşması da rol oynayır".

DİM sədrinin sözlərinə görə, Azərbaycanın elə bölgələri var ki, orda məktəbdə oğlanların sayı azdır: "Elə regionlar var ki, orada məktəblərin yuxarı siniflərində oğlanlar yoxdur".

Son xəbərlər

Orphus sistemi