Təhsil Nazirliyi dərslikdə erməni bayrağının rənglərinin olması iddiasına münasibət bildirib.
Nazirlikdən "Report"a bildirilib ki, sosial şəbəkələrdə yayılmış erməni bayrağının rənglərinin əks olunduğu iddia edilən kitabların heç biri dərslik deyil və Təhsil Nazirliyi tərəfindən nəşr edilməyib:
"Təhsil Nazirliyinin məktəblər üçün nəşr etdirdiyi bütün dərsliklərlə
Eyni zamanda bildiririk ki, istənilən kitab nəşriyyat məhsulu hesab edilir və onun hazırlanması zamanı mövcud qanunvericiliyə əsasən, nəşr üçün nəzərdə tutulmuş materialların senzurasına yol verilmir. Hər bir hüquqi və ya fiziki şəxs nəşriyyat məhsulunun sifarişçisi ola bilər".