Bakı. 15 dekabr. REPORT.AZ/ "VI-VII siniflərin hər biri üzrə 12 kitab, II və III siniflərin hər biri üzrə isə 6 kitab olmaqla, ümumilikdə 365 dərslik bu ilin sonuna kimi elektron şəkildə istifadəçilərə təqdim ediləcək". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Təhsil Nazirliyinin keyfiyyətin qiymətləndirilməsi sektorunun müdiri Emin Əmrullayev deyib.
Onun sözlərinə görə, artıq kitabların əksəriyyəti hazırdır: "Bundan başqa, elektron tapşırıqlar, müxtəlif intellektual oyunlar, ayrı-ayrı video dərslər, təhsillə bağlı bir neçə portallar ilin sonuna kimi tamamlanıb təhsil alanlara, təhsil verənlərə və geniş ictimaiyyətə təqdim olunacaq. Düşünürəm ki, bu resurslardan istifadə təhsildə həm səmərəliliyi, həm də keyfiyyətin artırılmasına əsas səbəb olacaq".