Bakıda koronavirusa görə bağlanan daha dörd məktəb əyani tədrisə qayıdıb

Bakıda koronavirusa görə bağlanan daha dörd məktəb əyani tədrisə qayıdıb Paytaxtdakı 26, 177, 212 və 274 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib.
Elm və təhsil
10 Fevral , 2022 10:12
Bakıda koronavirusa görə bağlanan daha dörd məktəb əyani tədrisə qayıdıb

Paytaxtdakı 26, 177, 212 və 274 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib.

Bu barədə "Report"a Bakı Şəhər üzrə Təhsil İdarəsindən məlumat verilib.

Belə ki, adıçəkilən məktəblərin müəllim-şagird kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

Qeyd edək ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.

Son xəbərlər

Orphus sistemi