Təhsil Nazirliyi: Coğrafiya İnstitutunun direktorunun səhhəti yaxşıdır

Elm və təhsil
  • 26 dekabr, 2018
  • 11:21
Təhsil Nazirliyi: Coğrafiya İnstitutunun direktorunun səhhəti yaxşıdır

Bakı. 26 dekabr. REPORT.AZ/ AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun vəziyyəti yaxşıdır. 

"Report" xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib. 

O qeyd edib ki, akademikin səhhəti qaydasındadır: "Elə indi onunla danışdım və dedi ki, kritik vəziyyət ötüşüb. Hər şey qaydasındadır".

Qeyd edək ki, mətbuatda akademikin böyrəklərində baş verən problemlə bağlı xəstəxanaya aparıldığı yazılıb.