Bu il Milli Məclisdə “Peşə təhsili haqqında” qanun layihəsi hazırlanacaq

Elm və təhsil
  • 25 yanvar, 2017
  • 09:05
Bu il Milli Məclisdə “Peşə təhsili haqqında” qanun layihəsi hazırlanacaq

Bakı. 25 yanvar. REPORT.AZ/ Milli Məclisin yaz sessiyasında “Peşə təhsili haqqında” qanun layihəsi hazırlanacaq.

“Report”un xəbərinə görə, bu barədə Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında komitə sədri İsa Həbibbəyli məlumat verib.

O bildirib ki, bu layihənin yaradılması istiqamətində işlərə başlanılıb.

İ.Həbibəyli qeyd edib ki, hazırda Azərbaycanda ilk peşə ixtisas təhsili müəssisələrinin fəaliyyətinin Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş nümunəvi nizamnamə əsasında həyata keçirilir: “Ölkədə peşə təhsili sahəsi üzrə indiyədək qanun olmayıb”.

Komitə sədri deyib ki, bir çox ölkələrdə peşə təhsili dövlət, özəl və bələdiyyə mülkiyyəti formasında inkişaf edir: “Azərbaycan üçün də bu variant məqbul hesab oluna bilər”.

44 filmi