TKTA: Bu il Azərbaycanda xarici kvalifikasiyaların 81 faizi tanınıb

TKTA: Bu il Azərbaycanda xarici kvalifikasiyaların 81 faizi tanınıb Bu il orta statistik olaraq xarici kvalifikasiyaların 81 faizi tanınıb.
Elm və təhsil
25 Dekabr , 2024 11:16
TKTA: Bu il Azərbaycanda xarici kvalifikasiyaların 81 faizi tanınıb
Tural Əhmədov

Bu il Azərbaycanda xarici kvalifikasiyaların 81 faizi tanınıb.

“Report” xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov qurumun illik hesabat brifinqdə məlumat verib.

O bildirib ki, il ərzində xarici kvalifikasiyaların tanınması ilə bağlı 6 min 13 müraciət üzrə ekspertiza həyata keçirilib:

“Onlardan 4 min 891 müraciətə müsbət rəy verilib və tanınma haqqında şəhadətnamə təqdim edilib. Digər 1 122 müraciətə mənfi rəy verilib”.

T.Əhmədov qeyd edib ki, kvalifikasiyaların tanınması üzrə ən çox müraciət Rusiyadan olub:

“Rusiyadan 1841, Türkiyədən 1616, Ukraynadan 1377, Gürcüstandan 296, Britaniyadan 189 mürqciət qeydə alınıb. Ən çox müraciət olunan ixtisaslar siyahısına hüquqşünaslıq, maliyyə, iqtisadiyyat, biznesin idarə edilməsi və tibb daxildir".

Son xəbərlər

Orphus sistemi