Bu il Azərbaycanda 545 şəxsə əsərin qeydiyyatı haqqında şəhadətnamə verilib

Bu il Azərbaycanda 545 şəxsə əsərin qeydiyyatı haqqında şəhadətnamə verilib Bu ilin ilk 8 ayı ərzində Azərbaycanda 545 şəxsə əsərin qeydiyyatı haqqında şəhadətnamə verilib.
Elm və təhsil
25 Sentyabr , 2019 10:40
Bu il Azərbaycanda 545 şəxsə əsərin qeydiyyatı haqqında şəhadətnamə verilib

Bu ilin ilk 8 ayı ərzində Azərbaycanda 545 şəxsə əsərin qeydiyyatı haqqında şəhadətnamə verilib.

Əqli Mülkiyyət Agentliyindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, cari ilin yanvar-avqust ayları ərzində ərzində müəlliflik hüququ obyektlərinin dövlət qeydiyyatı ilə bağlı 548 müraciət daxil olub.

Həmin müraciətlərin 545-nə müsbət, 3 müraciətə isə dövlət qeydiyyatından imtina qərarı verilib.

Müraciətlər əsasən müəlliflik hüququ obyektlərinin aşağıda göstərilən növlərini əhatə edib:

- Kompüter proqramları

- Məlumat topluları

- Multimedia məhsulu

- Elmi əsərlər və dərs vəsaitləri

- Ədəbi əsərlər

- Dram, musiqili dram və digər səhnə əsərləri

- Mətnli və mətnsiz musiqi əsərləri

- Audiovizual əsərlər

- Heykəltəraşlıq, rəngkarlıq, qrafika

- Dizayn və digər təsviri sənət əsərləri

- Dekorativ tətbiqi və səhnə tərtibatı sənəti əsərləri

- Törəmə əsərlər

- Toplular (tərtibat əsərləri)

- Memarlıq, şəhərsalma və bağ park əsərləri.

Son xəbərlər

Orphus sistemi