Bu il Azərbaycan Orfoqrafiya lüğəti yenidən çap olunacaq

Bu il Azərbaycan Orfoqrafiya lüğəti yenidən çap olunacaq Əvvəlki lüğətdə olan qüsurlar artıq aradan qaldırılıb
Elm və təhsil
18 Yanvar , 2017 15:04
Bu il Azərbaycan Orfoqrafiya lüğəti yenidən çap olunacaq

Bakı. 18 yanvar. REPORT.AZ/ "Bu il Azərbaycan Orfoqrafiya lüğəti yenidən çap olunacaq".

"Report" xəbər verir ki, bunu AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun “Saytların dil mənzərəsi” mövzusunda keçirdiyi növbəti mətbuat konfransında institutun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Şahlar Məmmədov deyib.

O bildirib ki, yeni lüğət çox ehtiyatla, geniş şəkildə aparılmış müzakirələr nəticəsində hazırlanıb: "Əvvəlki lüğətdə olan qüsurlar artıq aradan qaldırılıb".

Mütəxəssis qeyd edib ki, yeni Orfoqrafiya lüğəti çap olunandan sonra onun elektron versiyası Dilçilik İnstitutunun rəsmi saytında yerləşdiriləcək: "Artıq hər kəs lüğətdən istifadə edə biləcək".

Son xəbərlər

Orphus sistemi