Bu gün bütün məktəblərdə IV siniflərdə monitorinq keçirilir

Bu gün bütün məktəblərdə IV siniflərdə monitorinq keçirilir Bu gün bütün məktəblərdə IV siniflərdə monitorinq keçirilir.
Elm və təhsil
18 May , 2024 11:09
Bu gün bütün məktəblərdə IV siniflərdə monitorinq keçirilir

Bu gün bütün məktəblərdə IV siniflərdə monitorinq keçirilir.

"Report" xəbər verir ki, monitorinq tədris dili və riyaziyyat fənləri üzrə aparılır.

Monitorinqin nəticəsi şagirdlərin summativ qiymətləndirmə ballarına, eləcə də onların sinifdən-sinifə keçmələrinə təsir göstərmir.

Monitorinqin keçirilməsində məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, məktəblilərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlərin görülməsidir.

Qeyd edək ki, sabah da davam edəcək monitorinqlərdə ümumilikdə 300 minə yaxın şagirdin iştirakı nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi