Bu ay Yer kürəsində 3 geomaqnit qasırğası gözlənilir

Bu ay Yer kürəsində 3 geomaqnit qasırğası gözlənilir Bu da meteohəssas insanlara təsirsiz ötüşməyəcək
Elm və təhsil
526
20 Mart , 2018 10:46
Bu ay Yer kürəsində 3 geomaqnit qasırğası gözlənilir

Bakı. 20 mart. REPORT.AZ/ Bu il Yer kürəsində 35 geomaqnit qasırğası baş verəcək.

“Report”un xarici KİV-ə istinadən verdiyi məlumata görə, qasırğalardan biri martın 21-də gözlənilir.

Məlumata görə, sabah baş verəcək kosmik hava hadisəsi zəif olacaq. Lakin martın 22-si və 26-da baş verəcək növbəti qasırğa isə orta səviyyəlidir və bu da meteohəssas insanlara təsirsiz ötüşməyəcək. 

Bundan başqa, martın 26-sı və aprelin 6-dan sonra maqnit qasırğaları gözlənilmir. 

Alimlərin fikrincə, il ərzində gözlənilən 35 geomaqnit qasırğasından bir neçəsi çox güclü olacaq.