"British Council" rəhbəri: "Gənclərə dəstək olmaq üçün təcrübəmizi Azərbaycanla bölüşmək istəyirik"

"British Council" rəhbəri: "Gənclərə dəstək olmaq üçün təcrübəmizi Azərbaycanla bölüşmək istəyirik" Təhsil British Councilın millətlər arasında əlaqələr və etimad yaradılması üçün həyata keçirdiyi proqramın vacib hissəsidir.
Elm və təhsil
31 Oktyabr , 2019 10:39
British Council rəhbəri: Gənclərə dəstək olmaq üçün təcrübəmizi Azərbaycanla bölüşmək istəyirik
"British Council"ın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Samr Şah a / Report / Elchin Murad

"Təhsil "British Council"ın millətlər arasında əlaqələr və etimad yaradılması üçün həyata keçirdiyi proqramın vacib hissəsidir".

"Report" xəbər verir ki, bunu "British Council"ın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Samr Şah azərbaycanlı tələbələrin məşğulluğuna həsr olunmuş "Məzunların məşğulluq imkanlarının artırılması" proqramının başlanması münasibətilə keçirilən forumda deyib.

Onun sözlərinə görə, dünya bazarı sürətlə dəyişir: "Bu gün çoxları hazırda ehtiyac duyulmayan peşələrin sahibidir. Buna görə də çevik olmaq və ani dəyişikliklərə uyğunlaşmaq lazımdır".

Samr Şah Böyük Britaniyanın tələbələrinin dünya əmək bazarında daha çox rəqabətədözümlü olması üçün təhsilə, o cümlədən ali təhsilə böyük önəm verdiyini vurğulayıb: "Azərbaycanlı gənclərə dəstək olmaq üçün təcrübəmizi Azərbaycanla bölüşmək istəyirik. Bu da öz növbəsində gənclər arasında işsizliyin azaldılmasına və Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə nail olmağa kömək edə bilər. Gənclər hər bir ölkənin gələcəyidir".

Qeyd edək ki, "British Council" ilk dəfədir belə forum keçirir. Forum Birləşmiş Krallıq və Azərbaycandan olan siyasətçilər, universitetlər və tədqiqatçıları bir araya gətirir. Bu strateji forum "British Council"ın Azərbaycanda məşğulluq sahəsində həyata keçirdiyi yeni proqramdır. Forumun məqsədi ali təhsil müəssisələrinin məzunlarının işə düzəlmə bacarıqlarını inkişaf etdirmək, onları yerli və qlobal səviyyədə daha rəqabətədavamlı etmək imkanlarını artırmaqdan ibarətdir.

Son xəbərlər

Orphus sistemi