Azərbaycanın Birinci vitse-prezidenti
Bu barədə "Report"a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Master-klassda maraqlı məqamlara toxunan Emin Hüseynov BANM tələbələrinə bir ölkənin iqtisadi cəhətdən inkişafında əsas üç amilə - daha güclü olmaq, inkluzivlik və dayanıqlılığa diqqət çəkərək, onlar arasında optimal balansın saxlanılmasının vacibliyini xüsusi qeyd edib. Daha sonra o, təqdimatında iqtisadi inkişaf və onun üç amilini 1995-2019-ci illər üzrə Azərbaycanın nümunəsində izah edib: 1995-2004-cü illər - dirçəlmə və stabillik dövrü, 2005-2014-cü illər - neft bumu dövrü və 2014-2019-cu illər - post-neft dövrü.
“Əsas məsələ bundan sonra başlayır. Gələcəyə necə gedirik? Bundan sonrakı istiqamətimiz və hədəfimiz nədir, hansı strateji planlarımız var? – bu sualların cavabını vermək lazımdır. Önəmli məsələlərdən biri də getdiyimiz yolda risklər və çətinlikləri müəyyən etmək vacibdir. Daha nələr etmək, nələri düzəltmək olar ki, hədəfə çataq”, - E.Hüseynov fikirlərini BANM tələbələri ilə bölüşüb.
Master klass zamanı o MBA tələbələrini maraqlandıran sualları cavablandırıb və rektor Elmar Qasımova Ali Məktəbdə sessiya üçün yaradılan şəraitə görə təşəkkürünü bildirib.
Sonda E.Hüseynova “Fəxri qonaq plaketi” təqdim olunub.
Qeyd edək ki, BANM-in Biznesin İdarə olunması (MBA) üzrə Tədris Mərkəzi “İdarəçilik idarəçilərdən öyrənilir” şüarı altında fəaliyyət göstərir və tez-tez “Professional biznes müzakirələri” (“Professional Business Talks”) adlı sessiyalar təşkil edir. Bu cür sessiyaların əsas məqsədi tələbələrin biznes sektoru üzrə dünyagörüşünü formalaşdırmaq, onların rəhbər şəxslərlə kommunikasiya yaratmasına və fikir mübadiləsi apara bilmələrinə şərait yaratmaqdır.