Bir ili 3,14 sutkaya bərabər olan planet tapılıb

Bir ili 3,14 sutkaya bərabər olan planet tapılıb Planetin radiusu Yerin radiusunun 0,95 hissəsinə bərabərdir
Elm və təhsil
23 Sentyabr , 2020 16:49
Bir ili 3,14 sutkaya bərabər olan planet tapılıb

Massaçusets Texnologiya İnstitutunun alimləri Günəşdən 186 işıq ili məsafədə Yerə bənzər və “öz” Günəşi ətrafında 3,14 sutkaya bir dövrə vuran ekzoplanet kəşf ediblər.

“Report” xəbər verir ki, rəsmi adı K2-315b olan ekzoplanet hələ 2017-ci ildə kəşf edilmişdi.

Ancaq SPECULOOS layihəsində yer alan Atakama səhrasındakı və Tenerife adasındakı rəsədxanaların məlumatlarından istifadə edərək aparılan hərtərəfli təhlillər yanız indi kütləsi Günəş kütləsinin 0,17 hissəsinə bərabər olan K2-315 adlı qırmızı “cırtdan” ətrafında dövr edən K2-315b planetində bir ilin uzunluğunu hesablamağa imkan verib.

Nəticə alimləri əməlli-başlı təəccübləndirib. Belə ki, planetin tam bir dövrəsi Yerin ölçüləri ilə 3,14 sutkada tamamlanır. 3,14 rəqəmi Yerdə çevrənin uzunluğunu hesablamaq üçün istifadə edilən π rəqəmi olaraq bilinir. Məhz bu fakt alimlərə K2-315b ekzoplanetinə qeyri-rəsmi olaraq “π-Yer” adı vermək üçün səbəb olub.

Maraqlıdır ki, planetin radiusu Yerin radiusunun 0,95 hissəsinə bərabərdir.

Yer ilə bənzər olmasına baxmayaraq, planetdə bioloji həyat qeyri-mümkündür. Çünki planetin səthində təxmin edilən istilik 177 dərəcə Selsi təşkil edir.

Son xəbərlər

Orphus sistemi