Siniflərdə şagird sıxlığı necə tənzimlənəcək?

Siniflərdə şagird sıxlığı necə tənzimlənəcək? "Bu gün 338 sinifdə şagird sayı 40-dan yuxarıdır,99.5%-də bu rəqəm 40-dan aşağıdır".
Elm və təhsil
27 Avqust , 2020 17:33
Siniflərdə şagird sıxlığı necə tənzimlənəcək?
0 : 00
0 : 00

"Bu gün 338 sinifdə şagird sayı 40-dan yuxarıdır, 99.5%-də bu rəqəm 40-dan aşağıdır". 

"Report" xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən brifinqdə çıxışı zamanı deyib. 

Nazir bildirib ki, sinifdə maksimal şagird sayı normaları müəyyənləşəcək: "Hazırda bir sinifdə nə qədər sayda şagird sıxlığının olması ilə bağlı normalar hazırlanır. Planımız odur ki, məktəbə gələn hər bir şagirdə təlimatları özündə əks etdirən məlumat vərəqələri veriləcək"

E.Əmrullayev qeyd edib ki, böyük ehtimal, soyunub-geyinmə otaqları mövcud şəraitdə imkan vermirsə, bədən tərbiyəsi fənni tədris olunmayacaq.

Son xəbərlər

Orphus sistemi