Bakı. 15 mart. REPORT.AZ/ Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasının baş biblioqrafı Sədaqət İsmayılov vəfat edib. “Report”un xəbərinə görə, S.İsmayılov 61 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, S.İsmayılov 1955-ci ildə Yardımlı rayonunda anadan olub. 1962-1972-ci illərdə Yardımlı rayon 2 saylı orta məktəbində oxuyub. 1973-1980-ci illərdə BDU-nun kitabxanaçılıq fakültəsində təhsil alıb. 1980-ci ildən ölənədək BDU-da çalışıb.
