BANM yataqxanada qalan tələbələrini xərclərdən azad edib

Elm və təhsil
  • 10 yanvar, 2020
  • 11:21
BANM yataqxanada qalan tələbələrini xərclərdən azad edib

Bakı Ali Neft Məktəbinin (BANM) tələbə evində yaşayan tələbələr yataqxana xərclərindən azad olunub.

"Report" xəbər verir ki, bu barədə rektor Elmar Qasımov qərar imzalayıb.

Qərara əsasən, bundan sonra bütün xərclər BANM-in hesabına ödəniləcək.